İdmançımız Olimpiadada növbəti mərhələyə vəsiqə qazanıb

İdmançımız Olimpiadada növbəti mərhələyə vəsiqə qazanıb
  27 İyul 2024    Oxunub:383
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
AzVision.az "Report"a istinadən xəbər verir ki, o, 2000 metr məsafəyə fərdi yarışın qrup mərhələsində III yeri tutub.

Dımçenko 1/4 finala vəsiqə qazanıb. Raund iyulun 29-da baş tutacaq.

"Paris-2024" avqustun 11-də yekunlaşacaq.

AzVision.az


Teqlər: Paris-2024  





Xəbər lenti