Xarici səyyahlar Füzulidə olublar - FOTOLAR

Xarici səyyahlar Füzulidə olublar -    FOTOLAR
  27 İyul 2024    Oxunub:361
Dünyanın ən nəhəng dörd səyyah klublarından biri - ABŞ-nin "Most Travelled People" klubunun təsisçisi Çarlz Vilinin rəhbərliyində 13 ölkədən səyyahlar Füzuli rayonunda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər.
AzVision.az "Azərtac"a istinadən xəbər verir ki, səyyahlar işğaldan azad edilən Horadiz kəndi ərazisində ANAMA tərəfindən aparılan minatəmizləmə işləri ilə tanış olublar.

Onlara məlumat verilib ki, ərazi əsasən tank əleyhinə minaların üstünlük təşkil etdiyi sahədir və axtarış vaxtı ərazidə partlamamış silah-sursat da aşkarlanır. Qeyd edilib ki, işğal zamanı ərazilər tank əleyhinə minalarla bərabər piyada əleyhinə minalarla və digər partlayıcı qurğularla həddən çox çirkləndirilib və aşkarlanan piyada əleyhinə minaların əsas tərkib hissəsi Ermənistan istehsalıdır.

Bildirilib ki, ərazidə təmizləmə işləri mexaniki, əl ilə və təlim keçmiş itlər vasitəsilə olmaqla üç üsulla aparılır.

Ərazidə aşkarlanan tank əleyhinə minaların partladılma yolu ilə zərərsizləşdirilməsi prosesi həyata keçirilib.

AzVision.az

Qalereya




Teqlər: Qarabağ   minatəmizləmə   səyyahlar  





Xəbər lenti