MSK sədri deputatlığa namizədlərə xəbərdarlıq edib

   MSK sədri deputatlığa namizədlərə xəbərdarlıq edib
  27 İyul 2024    Oxunub:1038
"Hələ seçkiqabağı təşviqat başlamayıb, media orqanları bunu nəzərə almalıdır".
Bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov bildirib. MSK sədri deyib ki, qeydə alınmış namizədlər seçkiqabağı təşviqat başlamadan bu istiqamətdə addımlara yol verməməlidirlər:

"Belə hallar olsa, MSK araşdıraraq hətta həmin şəxsin namizədliyini də ləğv edə bilər".

AzVision.az


Teqlər:





Xəbər lenti