Qaz sayğacları neçəyə yoxlanılacaq? Xidmət haqqı açıqlandı

   Qaz sayğacları neçəyə yoxlanılacaq?    Xidmət haqqı açıqlandı
  27 İyul 2024    Oxunub:1358
Qaz sayğaclarının yoxlanılmasına görə xidmət haqqı məlum olub.
Bu ödənişləri Azərbaycan Metrologiya İnstitutu açıqlayıb. Sayğacın növündən asılı olaraq ödənişləri təqdim edirik:

- diafraqma tipli G2.5, G4, G6 mexaniki qaz sayğaclarının müayinəsi - 7.29 manat;

- G10, G16, G25 mexaniki qaz sayğaclarının müayinəsi - 39.10 manat;

- diafraqma tipli G4, G6 (İtron) smart-kart sayğaclarının müayinəsi - 7.21 manat;

- G10 (Gulf), G10 (İtron) smart-kart sayğaclarının müayinəsi - 35.26 manat.

Yalnız "Azəriqaz"ın sayğacda nöqsan olduğuna şübhəsi olarsa, müayinə pulsuz aparılır.


AzVision.az


Teqlər:





Xəbər lenti