Daşkəsəndə gəlin qaynanasını baltaladı

   Daşkəsəndə gəlin qaynanasını baltaladı
  27 İyul 2024    Oxunub:270
Daşkəsən rayon Xoşbulaq kəndində qadına ağır xəsarətlər yetirilib.
AzVision.az "Report"a istinadən xəbər verir ki, 1958-ci il təvəllüdlü Tahirə Məmməd qızı Qurbanovaya mübahisə zəminində balta ilə 3 xəsarət yetirilib.

Qadın Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Ona xəsarət yetirməkdə gəlini şübhəli bilinir. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti