Ailə üzvünüzün adından sizə zəng edə bilərlər

   Ailə üzvünüzün adından sizə zəng edə bilərlər
  28 İyul 2024    Oxunub:358
Süni intellektlə bank əməkdaşı, ailə üzvü adından sizinlə danışıqlar aparıla bilər.
AzVision.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında yazıb.

"Ehtimalların kiber məkanda hədəfi qurbandır. Çünki kiber məkanda şans yoxdur, olmur. Göstərilirsə, təşviq edilirsə, yalandır. Bilməlisiniz ki, naməlum şəxslərin təklifləri, qazanc vədləri sizi tələyə salacaq. Bank kartı ilə əlaqəli şəxsi məlumatlarınızı heç kimə verməyin. Süni intellekt vasitəsi ilə sizinlə bank əməkdaşı, ailə üzvü - qohum adından danışıqlar aparıla bilər. Diqqətli ol ki, qurbana çevrilməyəsən", - E.Hacıyev qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti