Emil Şahzadə vəzifəsindən getdi

   Emil Şahzadə vəzifəsindən getdi
  28 İyul 2024    Oxunub:327
Emil Şahzadə Ombudsman Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsindən ayrılıb.
AzVision.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Həyatımın növbəti mərhələsinə keçid alaraq 4 ilə yaxın müddət ərzində fəxarət və qürur hissi, böyük həvəslə çalışdığım Ombudsman Aparatına minnətdarlığımı bildirmək istəyirəm. Hörmətli və dəyərli Səbinə xanıma və Ombudsman Aparatının kollektivinə şərəfli və məsuliyyətli işinidə davamlı uğurlar arzulayıram!”, - paylaşımda qeyd olunub.

Qeyd edək ki, E.Şahzadə uzun illər televiziya və radio jurnalistikası sahəsində fəaliyyət göstərib. O, bu vəzifəyə 2021-ci ildə təyin olunmuşdu.

AzVision.az


Teqlər:





Xəbər lenti