Ucarda 31 yaşlı qadın öldürüldü: Ər saxlanıldı

   Ucarda 31 yaşlı qadın öldürüldü:    Ər saxlanıldı
  28 İyul 2024    Oxunub:341
Bu gün saat 15 radələrində Ucar rayonunun Qazyan kənd sakini, 1993-cü il təvəllüdlü Rəvanə İsmayılovaya kəsici alətlə xəsarətlər yetirilməsi nəticəsində ölməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzVision.az a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən R. İsmayılovanın həyat yoldaşı, 1979-cu il təvəllüdlü Kamil Qarayev saxlanılıb.

Araşdırmalar aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti