Gəncədə güclü yağışın törətdiyi fəsadlar aradan qaldırılır - Fotolar

   Gəncədə güclü yağışın törətdiyi fəsadlar aradan qaldırılır -    Fotolar
  28 İyul 2024    Oxunub:393
Ötən gün axşam saatlarından başlayaraq Gəncə şəhərinə yağan yağış bir sıra fəsadlar törədib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin Yeni Gəncə yaşayış massivində yeni salınan məhəllədə 30-a yaxın fərdi yaşayış sahəsi su altında qalıb. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, Gəncə Şəhər İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasının sədri Səməd Tomuyev bildirib ki, baş vermiş hadisə ilə əlaqədar aidiyyəti qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər. Belə ki, Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin və Fövqəladə Hallar Nazirliyinin yerli regional qurumlarının əməkdaşları tərəfindən evlərə dolmuş yağış sularının ərazidən kənarlaşdırılması istiqamətində zəruri tədbirlər davam etdirilir. Qısa vaxt ərzində yağış sularının evlərdən tamamilə çıxarılması təmin ediləcəkdir.

Qeyd edək ki, anoloji halların gələcəkdə də yaşanmaması üçün sözügedən ərazidə Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin sifarişi ilə yeni suötürücü beton boruların inşası həyata keçirilir. İşlərin yaxın aylarda yekunlaşdırılması nəzərdə tutulub. Xatırladaq ki, bölgədə yağıntılı hava şəraiti davam edir.



AzVision.az


Teqlər:





Xəbər lenti