Mbappeyə lüks avtomobil hədiyyə olundu

   Mbappeyə lüks avtomobil hədiyyə olundu
  28 İyul 2024    Oxunub:377
"Real"ın sponsoru olan alman avtomobil istehsalçısı BMW şirkəti yeni transfer edilən hücumçu Kilian Mbappeyə "i7 M70 xDrive" elektrik avtomobili hədiyyə edib.
QOL.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

25 yaşlı futbolçunun sürücülük vəsiqəsi olmadığı üçün o, sərnişin oturacağında əyləşməli olacaq.

Qeyd edək ki, iyulun 3-də Mbappenin "Real"a keçidi rəsmən açıqlanıb.



AzVision.az


Teqlər:





Xəbər lenti