Leysan yağıb, külək güclənib
Şimal-qərb küləyi arabir sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında 20 m/s, Neftçalada 16 m/s, Qax, Şirvanda 15 m/s-yə çatıb. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.8 metrə çatıb. Daşkəsən, Göygöl, Göyçay, Naftalan, Şəmkir, Qrız, Şahdağ, Lerik, Şəki, Balakəndə duman müşahidə olub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 22, Naxçıvan MR-da 20, Aran rayonlarında 22, dağlıq rayonlarda isə 14 dərəcəyədək isti olub. Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin iyulun 29-u axşamadək davam edəcəyi, iyulun 30-da dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


