Fidan Pezeşkiyanın andiçmə mərasiminə qoşulacaq

   Fidan Pezeşkiyanın andiçmə mərasiminə qoşulacaq
  29 İyul 2024    Oxunub:474
Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın yeni prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak məqsədilə sabah Tehrana yollanacaq.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, Məsud Pezeşkiyan iyulun 5-də keçirilən seçkilərdə 53.7% səs toplayaraq öz rəqibini - qatı mühafizəkar siyasətçi Səid Cəlilini (44,3% səs) üstələmişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   İran   nazir   andiçmə  





Xəbər lenti