Əli Əsədov: Azərbaycan İranla münasibətlərə böyük əhəmiyyət verir

      Əli Əsədov:    Azərbaycan İranla münasibətlərə böyük əhəmiyyət verir
  29 İyul 2024    Oxunub:427
Azərbaycanın Baş naziri Əli Əsədov Məhəmməd Reza Arefə İran İslam Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.
Bu barədə AzVision.az -a Nazirlər Kabinetindən məlumat verilib. Məktubda vurğulanıb ki, Azərbaycan Respublikası İran İslam Respublikası ilə ortaq dini-mədəni köklər, qarşılıqlı hörmət və mehriban qonşuluq kimi möhkəm təməllər üzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət verir.

Azərbaycan-İran əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə addımların atılmasına hazırlıq ifadə olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti