Orban, həmçinin Avropada qüvvələr balansının dəyişdiyini bildirib. Onun fikrincə, ənənəvi Berlin-Paris mehvəri yeni mehvərin - London-Varşava-Kiyev-Baltikyanı ölkələr-Skandinaviya ölkələr- xeyrinə zəifləyib. Viktor Orbanın ittihamlarına Polşanın Xarici İşlər nazirliyinin cavabı özünü çox gözlətməyib.
“Beynəlxalq ictimaiyyətin– həm NATO, həm də Avropa İttifaqında – arxa həyətində yer almış Orbandan fərqli olaraq, Ukraynaya müdaxiləsindən sonra Polşa Rusiya ilə iş görmür. Macarıstanın nəyə görə çox sevmədiyi və ona pis münasibət bəslədiyi iddia edilən təşkilatların üzvü qalmaq istədiyini həqiqətən başa düşmürəm”, - Polşanın Xarici İşlər nazirinin müavini Vladislav Bartoşevski Orbana sərt mesaj ünvanlayıb.
Macarıstanın baş nazirinə Rusiya prezidenti Vladimir Putinlə ittifaq yaratmağı təklif edən polşalı məmur, hazırda Orbanın siyasətinin “anti-Avropa, anti-Ukrayna və anti-Polşa” xarakterli olduğunu vurğulayıb.
Tramp Zelenski ilə bütün sualları müzakirə etməyə hazırdır |
Kremllə hər hansı bir anlaşma məsələsinə gəldikdə isə Polşanın Xarici İşlər naziri Radoslav Sikorski bildirib ki, beynəlxalq normaları pozan və Ukraynaya qarşı təcavüzdən qazanc əldə etmək istəyən müasir Rusiya ilə sülh mümkün deyil.
Sikorski qeyd edib ki, ATƏT kommunist blokunun insan hüquqlarına hörmətlə yanaşmağa və müxalifətə dözməyə, Qərb dünyası isə sülh müqaviləsi ilə bitməyən İkinci Dünya Müharibəsi nəticəsində müəyyən edilmiş sərhədləri tanımağa söz verdiyi zaman Helsinki prosesinin nəticəsi kimi yaranıb.
- Müasir Rusiya bu öhdəliklərin hər ikisini pozdu, çünki Brejnev dövründəkindən daha çox avtoritar rejim yaradıb və ölkədə daha çox siyasi məhbus var. Eyni zamanda, Rusiya zorla sərhədləri dəyişdirməyə başladı”, - polşalı nazir deyib.
Onun sözlərinə görə, ATƏT Rusiyanın da iştirakı iştirakı ilə Avropada təhlükəsizliyin sabitləşdirilməsi ideyası olub. Uzun illər və onilliklər ərzində Rusiya ATƏT-i bəyənirdi, çünki Moskvanın bu qurumda veto hüququ var idi.
“Buradan biz belə ədalətli nəticəyə gəlirik ki, indiki Rusiya ilə sülh əldə edilə bilməz, çünki o, təcavüzdən faydalanmaq istəyir. Ona görə də buna güzəştlə deyil, güclə cavab vermək lazımdır”, - Radoslva Sikorski vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az