Bakı-Ağstafa marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Bakı-Ağstafa marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
  29 İyul 2024    Oxunub:404
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə iyulun 31-i və avqustun 1-də Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.
Bu barədə AzVision.az ADY-yə istinadən xəbər verir. Məlumata görə, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətə səfər etmək mümkündür.

Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.



AzVision.az



Teqlər:





Xəbər lenti