Paşinyan İrana gedib

   Paşinyan İrana gedib
  30 İyul 2024    Oxunub:1138
Ermənistanın baş naziri Nikol Paşinyan İran prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün bu gün səhər Tehrana gedib.
AzVision.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan məlumat yayıb. O, İranın yeni seçilən lideri ilə
İranın yeni prezidenti iyulun 30-da and içəcək
görüşəcək.

Qeyd edək ki, iyulun 28-də İranın Ali Rəhbəri Seyid Əli Xamenei Pezeşkianın prezident kimi təsdiq edilməsi haqqında fərman verib. İnaqurasiyada ən azı 60 ölkədən xarici nümayəndənin iştirakı gözlənilir.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   Paşinyan   İran   Ermənistan   MəsudPezeşkian  





Xəbər lenti