Qızğın döyüşü qadına görə dayandırdılar - VİDEO

 Qızğın döyüşü qadına görə dayandırdılar    - VİDEO
  30 İyul 2024    Oxunub:1171
Ukrayna müharibəsində maraqlı hadisə baş verib. Rusiya mediasının yaydığı məlumata görə, Avdeyevski istiqamətində gedən döyüşün qızğın vaxtında neytral ərazidə atışma və partlayışlara fikir verməyən bir qadın peyda olub.
O, Ukrayna istiqamətindən cəbhənin Rusiyanın nəzarətində olan hissəsinə doğru irəliləyib. Ölümə meydan oxuyan qadın araba ilə hərəkət edib. Hadisəni Rusiyaya məxsus Pilotsuz Uçuş Aparatı (PUA) qeydə alıb.

Rusiyanın itkiləri 576 minə çatdı
“Bəli, o, yaşayış məntəqəsinə qədər gəlib çatdı. Amma sonra nələrin baş verdiyini bilmirəm. Hamı onu rahat keçməsi üçün buraxdı və həmin vaxt hər iki tərəfdən atəş də dayandırıldı. Qadın təhlükəsiz məsafəyə gəlib çıxdıqdan sonra döyüşlər davam etdi”, – PUA-nın operatoru deyib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  





Xəbər lenti