Ərdoğanın rəqibini silahla qorxutdular

Ərdoğanın rəqibini silahla qorxutdular
  10 İyul 2014    Oxunub:919
Türkiyədə prezident seçkilərində müxalifətin vahid namizəd seçdiyi Əkmələddin İhsanoğlunun qatıldığı iftar süfrəsində dava düşüb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mübahisə zamanı atışma da olub. Güllə səsindən eyhamlanan İhsanoğlu iftar süfrəsini yarımçıq tərk etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, ölkənin iki əsas müxalifət partiyası MHP və CHP birlikdə müxalifətin vahid namizədini müəyyənləşdirib və Ərdoğana qarşı qoyublar. Seçki marafonuna hələ start verilməsə də, təbliğat və təşviqat kampaniyası davam edir.

Mirvari Nəcəf


Teqlər:





Xəbər lenti