Onlarla texnika vuruldu, yanmış cəsədlər ortada qaldı - VİDEO

Onlarla texnika vuruldu, yanmış cəsədlər ortada qaldı    - VİDEO
  30 İyul 2024    Oxunub:1098
Rusiya ordusu Kuraxovski istiqamətində uğursuz hücum təşkil edib.
AzVision.az xəbər verir ki, Ukrayna ordusu əməliyyatın detallarını əks etdirən dron görüntülərini yayıb.

Videoda rusların Ukrayna müdafiəsini yarmağa çalışmaları əks olunub. Lakin əməliyyatlar Rusiya ordusunun çoxlu sayda texnikasının məhv edilməsi və 70-ə yaxın döyüşçünün öldürülməsi ilə başa çatıb.

Qızğın döyüşü qadına görə dayandırdılar - VİDEO
"Ruslar ikinci dəfədir ki, Kuraxovski istiqamətində tavriyalı desant qüvvələrinin müdafiəsini yarmaq üçün ümumilikdə 57 zirehli texnika ilə hücuma keçiblər. Rusiya qüvvələrinin kütləvi hücumu növbəti dəfə uğursuz olub", - 79-cu əlahiddə Tavriya desant briqadasınını yaydığı bəyanatda qeyd edilib.

Məlumata görə, ruslar bir gündə 10 tank, piyadalarla birlikdə 47 zirehli döyüş maşını, 10 motosiklet və digər texnikadan istifadə ediblər.

“Düşmən hücumlarında xeyli texnikadan istifadə edilməsinə baxmayaraq, rusların bütün cəhdləri bir daha sıfır nəticə göstərib. Döyüş zamanı əsgərlərimiz 12 zirehli döyüş maşını, 8 tank, 9 motosikleti sıradan çıxarıb”, - briqadanın məlumatında vurğulanıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  





Xəbər lenti