“Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək

  “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək
  30 İyul 2024    Oxunub:1198
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Tullantıları hədiyyələrə dəyiş” festivalı bu dəfə “Ağ Şəhər”də baş tutacaq. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova açıqlama verib.
AzVision.az xəbər verir ki, "Festivalın keçirilməsində məqsəd ictimaiyyəti tullantıların düzgün idarə olunması barədə maarifləndirmək, tullantıların çeşidlənərək təkrar emala göndərilməsinin vacibliyini vurğulamaq və tullantılardan daha səmərəli istifadəni təşviq etməkdir".



( Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova )

Nazirlik sözçüsü məlumat verib ki, təbiətlə dostluğu, tullantılarla bağlı problemin aradan qaldırılmasında vətəndaşların rolunu aşılayan festival Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Xətai rayon İcra Hakimiyyətinin, bir sıra tərəfdaş təşkilatların dəstəyi ilə 3 avqust tarixində təşkil olunacaq.

"Vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə edəcəklər.
Unutmayaq ki, tullantıların düzgün idarə olunması hər bir şəxsin məsuliyyətidir və bu istiqamətdə atılan hər bir addımın ətraf mühitin qorunmasında böyük rolu vardır.
Festival 3 avqust 2024-cü il tarixində Bakı şəhəri, Mərkəzi Bulvar küçəsi, Ağ Şəhər “Biznes Mərkəzi 2020”nin qarşısında keçiriləcək"

AzVision.az



Teqlər:





Xəbər lenti