ÇL: “Qarabağ” darmadağınla növbəti mərhələyə yüksəlib

   ÇL: “Qarabağ” darmadağınla növbəti mərhələyə yüksəlib
  30 İyul 2024    Oxunub:856
"Qarabağ” bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.
AzVision.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Tofiq Bəhramov adına Respublika stadionunda Cəbəllütariqin “Linkoln” komandası ilə qarşılaşıb.

Qarşılaşma Azərbaycan çempionunun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

17, 31 və 44-cü dəqiqədə fərqlənən Olavio Juninyo het-trik edib. 66-cı dəqiqədə Yassin Benzia adını tabloya yazdırıb. 72-ci dəqiqədə Leandro Andrade baxımlı qolla yadda qalıb.

Səfərdə rəqibini iki cavabsız topla üstəyən "köhlən atlar" hər iki oyunun nəticəsinə əsasən III təsnifat mərhələsinə yüksəlib.

"Qarabağ" bu raundda "Ludoqorets" (Bolqarıstan) - "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə üz-üzə gələcək. İlk matçda "Ludoqorets" qələbə qazanıb - 2:0.

AzVision.az





Teqlər:





Xəbər lenti