Kiyevə ilin ən böyük PUA hücumu olub

Kiyevə ilin ən böyük PUA hücumu olub
  31 İyul 2024    Oxunub:982
Bu gecə Rusiya hərbi qüvvələri Ukraynaya son iki ilin ən kütləvi PUA hücumlarından birini həyata keçirib. Rusların əsas hədəfi paytaxt Kiyev olub.
AzVision.az xəbər verir ki, bu barədə yerli media Kiyev hərbi adminstrasiyasına istinadən məlumat yayıb. Qeyd edilib ki, düşmən paytaxta onlarla dron göndərib.

Onlarla texnika vuruldu, yanmış cəsədlər ortada qaldı - VİDEO
Bu, iyul ayında şəhərə yeddinci PUA hücumudur: "Son əməliyyat 2024-cü ildə dronların sayına görə Kiyev üçün ən kütləvi hücum olub. Hava hücumu 7 saatdan çox davam edib və düşmənin pilotsuz təyyarələri, demək olar ki, bütün mümkün istiqamətlərdən Kiyevin hava məkanına yaxınlaşıblar. PUA-lat hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edildi".

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   PUA   Kiyev  





Xəbər lenti