İran XİN: "Bu, Fələstinlə əlaqələrimizi daha da gücləndirəcək"

      İran XİN:    "Bu, Fələstinlə əlaqələrimizi daha da gücləndirəcək"
  31 İyul 2024    Oxunub:700
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani HƏMAS terror təşkilatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda sui-qəsdə uğramasına münasibət bildirib.
AzVision.az xəbər verir ki, o bu barədə brifinq zamanı danışıb.

"Sui-qəsdlə öldürülən HƏMAS lideri İsmayıl Haniyənin qanı yerdə qalmayacaq. Bu, Tehran, Fələstin və "Müqavimət oxu" arasında dərin və qırılmaz bağı daha da möhkəmləndirəcək", - sözçü diqqətə çatdırıb.
HƏMAS-ın siyasi bürosunun rəhbəri Tehranda öldürüldü

Xatırladaq ki, HƏMAS-ın rəhbərlərindən biri İsmayıl Haniyə İranın paytaxtı Tehranda iqamətgahına hücum zamanı öldürülüb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   HƏMAS   münasibət  





Xəbər lenti