Yeni təlimlər başladı: "İskəndər"lər nüvə başlıqları ilə təchiz olunacaq

Yeni təlimlər başladı:    "İskəndər"lər nüvə başlıqları ilə təchiz olunacaq
  31 İyul 2024    Oxunub:1164
Rusiyada qeyri-strateji nüvə təlimlərinin üçüncü mərhələsi başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya "nüvə triadası"ndan olan təyyarələrini havaya qaldırdı
Qeyd edilir ki, manevrlər zamanı Rusiya Silahlı Qüvvələrinin bölmələrinin qeyri-strateji nüvə silahlarından döyüşlərdə istifadəsinə hazırlaşması məsələləri işlənəcək.

O cümlədən, təlimlərdə “İskəndər-M” operativ-taktiki raket kompleksləri üçün xüsusi təlim sursatlarının operativ şəkildə çatdırılması, onların reaktiv daşıyıcılarla təchiz edilməsi və komplekslərin müəyyən edilmiş mövqe və ya ərazilərə gizli irəliləməsi tətbiq olunacaq.
Təlimlərə "Cənub" və "Mərkəzi" hərbi dairələr, həmçinin Rusiya Federasiyasının Aerokosmik Qüvvələrinin şəxsi heyəti cəlb olunub.

Tural Tağıyev AzVision.az



Teqlər:   Rusiya   Nüvə   Təlim  





Xəbər lenti