Livan mediası: "Haniyə digər ölkədən atılan raketlə öldürülüb"

      Livan mediası:    "Haniyə digər ölkədən atılan raketlə öldürülüb"
  31 İyul 2024    Oxunub:1138
Livanın iranyönümlü "Hizbullah" terror təşkilatına bağlı "Al Mayadeen" xəbər agentliyi HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin qətli ilə bağlı maraqlı iddia irəli sürüb.
Nəşr bildirir ki, HƏMAS lideri Tehrandakı iqamətgahına İranın daxilindən yox, məhz üçüncü ölkədən buraxılan raket zərbəsi nəticəsində həyatını itirib.

Rəsmi Tehranın adıçəkilməyən nümayəndələri bu iddianı təsdiqləyib.
HƏMAS-ın siyasi bürosunun rəhbəri Tehranda öldürüldü

Xatırladaq ki, HƏMAS-ın rəhbərlərindən biri İsmayıl Haniyə İranın paytaxtı Tehranda iqamətgahına hücum zamanı öldürülüb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Livan   HƏMAS   raket  





Xəbər lenti