Türkiyə XİN: "Fələstin xalqına başsağlığı veririk"

      Türkiyə XİN:    "Fələstin xalqına başsağlığı veririk"
  31 İyul 2024    Oxunub:911
Türkiyənin Xarici İşlər Nazirliyi HƏMAS terror təşkilatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda sui-qəsdə uğramasına münasibət bildirib.
AzVision.az xəbər verir ki, nazirliyin saytında yayımlanan yazılı bəyanatda "hücumun pisləndiyi" vurğulanır.

"Fələstin xalqına başsağlığı veririk. Bu hücum Qəzzadakı müharibəni regiona yaymaq məqsədi daşıyır. Türkiyə Fələstin xalqının haqlı mübarizəsini dəstəkləyir", - bəyanatda diqqətə çatdırılır.
HƏMAS-ın siyasi bürosunun rəhbəri Tehranda öldürüldü

Xatırladaq ki, HƏMAS-ın rəhbərlərindən biri İsmayıl Haniyə İranın paytaxtı Tehranda iqamətgahına hücum zamanı öldürülüb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Türkiyə   HƏMAS   münasibət  





Xəbər lenti