AzVision.az xəbər verir ki, Argentina və Hollandiya milli komandaları üz-üzə gəliblər.
Qalibi müəyyənləşdirmək üçün oynanılan əlavə vaxtda da qapılara top vurulmayıb. Türkiyəli baş hakim Cüneyt Çakırın idarə etdiyi oyunda qalib penalti seriyasında müəyyənləşib. Rəqibini 4:2 hesabı ilə məğlub edən Argentina kollektivi dünya çempionatının finalına vəsiqə qazanıb.
Beləliklə finalda Argentina güclü Almaniya millisi ilə qarşılaşacaq.
AzVision.az