İran İsrailə xəbərdarlıq edib

İran İsrailə xəbərdarlıq edib
  31 İyul 2024    Oxunub:856
"İşğalçı və terrorçu sionist rejim, İsrail bunun əvəzini ağır ödəyəcək".
AzVision.az xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş baş komandanı Möhsün Rezayi X sosial şəbəkəsindəki səhifəsində deyib.

Livan mediası: "Haniyə digər ölkədən atılan raketlə öldürülüb"
Qeyd edək ki, bu gecə Fələstinin HƏMAS təşkilatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda iqamətgahına aviazərbə nəticəsində ölüb.

HƏMAS-ın Əlcəzairdəki nümayəndəsi Yusif Həmdan vəd edib ki, Haniyənin Tehranda öldürülməsi İsrailə qarşı cavab tədbirlərinə səbəb olacaq. Onun sözlərinə görə, Haniyyənin ölümü hərəkat rəhbərliyinin və strukturlarının siyasətinə təsir etməyəcək.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   İran   İsrail   HƏMAS   İsmayılHaniyə  





Xəbər lenti