Uqandada məbəddən 17 kəllə tapılıb

Uqandada məbəddən 17 kəllə tapılıb
  31 İyul 2024    Oxunub:3806
Uqanda məbədlərindən birində metal qutularda basdırılmış 17 insan kəlləsi tapılıb.
AzVision.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

Qeyd edilir ki, qutular Uqandanın qərbindəki Mpigi qəsəbəsində aşkar edilib. Odun axtarmaq məqsədi ilə məbədə qədər gedən uşaqlar bastırılmış qutulara rast gəliblər.

Yerli sakinlər məbəddə tapılan metal qutular barədə polisə məlumat veriblər. Rəsmilər qeyd ediblər ki, hadisə yerində aparılan axtarışlar zamanı 17 insan kəlləsi tapılıb. Kəllələrin əraziyə hansı məqsədlə gətirilməsi məlum deyil. Onların məbəddə nə vaxt basdırıldığının müəyyənləşdirilməsi üçün araşdırmalar aparılır.
Süsən Kərimzadə
AzVision.az



Teqlər:





Xəbər lenti