Xamenei: "Qisas borcumuzdur"

      Xamenei:    "Qisas borcumuzdur"
  31 İyul 2024    Oxunub:1089
İranın ali dini lideri Ayətullah Əli Xamenei HƏMAS terror təşkilatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda sui-qəsdə uğramasına münasibət bildirib.
AzVision.az xəbər verir ki, o, "hücumu həyata keçirən İsrailə ağır cəza veriləcəyini" bildirib.

"İsmayıl Haniyə İran ərazisində şəhid olduğu üçün qisasını almağı özümüzə borc bilirik. Sionist rejim bu əməli ilə özü üçün ağır cəzaya zəmin hazırladı", - Xamenei vurğulayıb.
HƏMAS-ın siyasi bürosunun rəhbəri Tehranda öldürüldü

Xatırladaq ki, HƏMAS-ın rəhbərlərindən biri İsmayıl Haniyə İranın paytaxtı Tehranda iqamətgahına hücum zamanı öldürülüb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   HƏMAS   münasibət  





Xəbər lenti