Naxçıvanın komandanı nazir müavini olmayacaq

  Naxçıvanın komandanı nazir müavini olmayacaq
  31 İyul 2024    Oxunub:744
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı Müdafiə Nazirliyinin (MN) rəhbərliyi siyahısından çıxarılıb.
AzVision.az xəbər verir ki, bu barədə “Report”a məlumatlı mənbədən bildirilib.

Xatırladaq ki, bir müddət əvvəl Əlahiddə Ümumqoşun Ordunun sabiq komandanı general-polkovnik Kərəm Mustafayev vəzifəsindən azad edilib.

Qeyd edək ki, bundan əvvəl nazirliyin strukturuna əsasən Əlahiddə Ümumqoşun Ordunun komandanı müdafiə nazirinin müavini vəzifəsini tuturdu.

AzVision.az



Teqlər:





Xəbər lenti