“Bakcell”in dəstəyi ilə qadınlar üçün İKT üzrə təlimlər başladı
"Təqaüd proqramına dəstək göstərməkdə əsas məqsədimiz Azərbaycan xanımları arasında informasiya texnologiyaları sektoruna dair məlumatlılıq səviyyəsini yüksəltmək, onları gələcəkdə bu sahə üzrə karyera qurmağa həvəsləndirməkdir. Şirkətimiz özünü inkişaf etdirməyə həvəsli olan xanımlara hər zaman dəstək göstərməyə hazırdır", - deyə “Bakcell”in baş icraçı direktoru Klaus Müller bildirib.
Azərbaycanın ilk riyaziyyatçı qadın alimi Maya Hacıyevanın adına olan təqaüd proqramı 2023-cü ildə təsis edilib. Proqramın məqsədi cəmiyyətin inkişafında bilavasitə rolu olan qadınların gələcəyin peşələrinə yiyələnərək iqtisadi azadlıqlarını əldə etmələrinə, öz arzularını reallaşdırmağa dəstək göstərməkdir.
Qadınların təhsil və məşğulluq imkanlarının artırılması “Bakcell” şirkətinin korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biridir. Şirkət bu sahədə təşəbbüsləri dəstəkləməyi və daha da genişləndirməyi planlayır.
AzVision.az
Teqlər: