“Abidələrə qayğı” – layihəsi çərçivəsində növbəti təmizləmə- abadlıq işləri davam edir

“Abidələrə qayğı”  –  layihəsi çərçivəsində növbəti təmizləmə- abadlıq işləri davam edir
  31 İyul 2024    Oxunub:788
Rixard Zorgenin abidəsi — Sovet İttifaqı Qəhrəmanı, İkinci dünya müharibəsində sovet kəşfiyyatçısı olmuş Rixard Zorgenin şərəfinə 1981-ci ildə ucaldılmışdır. Heykəltəraş Vladimir Siqal, memarlar Rasim Əliyev, Leonid Pavlov, Y. Dubovdur. Abidə Rixard Zorge adına parkda yerləşir. Abidə bürünc və qranitdən hazırlanmışdır.
AzVision.az xəbər verir ki, abidənin quruluşu qeyri-adidir. Hündür qara qranit pyedestalda, tuncdan və qranitdən hazırlanmış yarımdairəvi abidə qurulmuşdur.

Onun üzərində mübariz qəhrəmanın üzü həkk edilmişdir. Müəllif kəşfıyyatçının gözlərinə xüsusi diqqət vermişdir. Hal-hazırda Zorge abidəsi üzərində yüksək təzyiqli su püskürmə üsulu ilə təmizləmə işləri yekunlaşıb.

Abidənin təmizləmə işlərindən əvvəl və sonrakı fotolarını təqdim edirik:







AzVision.az



Teqlər:





Xəbər lenti