"Bolt", "Uber", "Yango" kimi taksi şirkətlərinin nümayəndələri RİNN-ə dəvət olunub

"Bolt", "Uber", "Yango" kimi taksi şirkətlərinin nümayəndələri RİNN-ə dəvət olunub
  31 İyul 2024    Oxunub:999

Görüşdə onlara bildirilib ki, yeni tələblərin tətbiqindən sonra sürücülərin ünvanlara fərqli avtomobillə gəlməsi, çatdırılma xidməti adı altında sərnişindaşımaların həyata keçirilməsi, icazəsi olmayan nəqliyyat vasitələrinə sifarişlərin ötürülməsi kimi hallar müşahidə edilir.
AzVision.az "Operativ Media"ya istinadən xəbər verir ki, RİNN-də baş tutan görüşdə (Rəqəmsal İnkişad və Nəqliyyat Nazirliyi ) taksi şirkətlərinə qısa müddət ərzində qeyd olunan çatışmazlıqları aradan qaldırmaq və fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil etmək tövsiyə olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti