Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirilib

   Yunanıstanın  Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirilib
  31 İyul 2024    Oxunub:699
 
Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xristos Kapodistrias ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.
AzVision.az xəbər verir ki, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti