Avtomobil ağaca çırpılıb, ölən və yaralılar var

Avtomobil ağaca çırpılıb, ölən və yaralılar var
  01 Avqust 2024    Oxunub:620
Ağdaşda gecə saatlarında avtomobil qəzası baş verib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzVision.az -a bildirilib ki, avqustun 1-də gecə saatlarında Ağdaş şəhəri ərazisində Valeh Xankişiyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

Nəticədə nəqliyyat vasitəsindəki sərnişin, 2003-cü il təvəllüdlü Hüseynov Elton Müşviq oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, xəsarət alan sürücü və digər 3 sərnişin isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti