Tehranda HƏMAS liderinin dəfn mərasimi keçirilib - FOTO/VİDEO

   Tehranda HƏMAS liderinin dəfn mərasimi keçirilib -  FOTO/VİDEO
  01 Avqust 2024    Oxunub:742
Ötən gün Tehrana qaldığı iqamətgaha raket zərbəsi nəticəsində ölmüş HƏMAS terror təşkilatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin cənazə mərasimi baş tutub.
AzVision.az xəbər verir ki, İranın ali dini lideri Ayətullah Əli Xamenei, Prezident Məsud Pezeşkiyan, habelə ölkənin və təşkilatın nümayəndələri mərasimdə iştirak ediblər.
HƏMAS-ın siyasi bürosunun rəhbəri Tehranda öldürüldü

Tehran Universitetində baş tutan mərasimin ardınca İsmayıl Haniyənin cəsədi Qətərin paytaxtı Dohaya aparılacaq və orada torpağa tapşırılacaq.

Xatırladaq ki, HƏMAS-ın rəhbərlərindən biri İsmayıl Haniyə İranın paytaxtı Tehranda iqamətgahına hücum zamanı öldürülüb.


Firudin Həmidli
AzVision.az

Qalereya




Teqlər:   İran   HƏMAS   dəfn-mərasimi  





Xəbər lenti