Təchizat gəmisindəki yanğın hələ də davam edir - VİDEO

   Təchizat gəmisindəki yanğın hələ də davam edir -    VİDEO
  01 Avqust 2024    Oxunub:634
Xəzər dənizindəki təchizat gəmisində baş vermiş yanğının söndürülməsi əməliyyatı fasiləsiz olaraq davam etdirilir.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, görülmüş tədbirlər nəticəsində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq vasitələrlə təchiz olunmuş peşəkar yanğınsöndürənləri göyərtəyə qalxaraq bilavasitə gəminin daxili bölmələrində yanğınla mübarizə tədbirlərinə başlayıblar.

Bundan əlavə, yanğının söndürülməsi əməliyyatının fasiləsizliyinin təmin edilməsi məqsədilə Nazirliyin Aviasiya dəstəsinin helikopteri hadisə yerinə müvafiq vasitələrin çatdırılmasını həyata keçirir. Əlavə məlumat veriləcək.



AzVision.az





Teqlər:





Xəbər lenti