HƏMAS-ın daha bir liderinin öldüyü təsdiqlənib - VİDEO - YENİLƏNİB

   HƏMAS-ın daha bir liderinin öldüyü təsdiqlənib -    VİDEO -  YENİLƏNİB
  01 Avqust 2024    Oxunub:694
HƏMAS terror təşkilatının siyasi bürosunun üzvü İzzət Ər-Rişq İsrail Ordusunun Məhəmməd Zeyfin ölümü ilə bağlı məlumatına münasibət bildirib.
AzVision.az xəbər verir ki, o bu barədə "Telegram" kanalında yazıb.

"Əl-Qəssam" komandirlərindən hansınınsa şəhadətini təsdiq və ya inkar etmək komandanlığın və hərəkat rəhbərliyinin işidir. Onlardan açıqlama gəlmədiyi təqdirdə mətbuatın, yaxud digər tərəflərin yaydığı heç bir xəbər təsdiqlənə bilməz", - Ər-Rişq vurğulayıb.

* * *

13:14
Ötən ay Qəzzadakı Xan-Yunis şəhərinə hücum zamanı ağır yaralanmış HƏMAS rəhbəri Məhəmməd Zeyfin öldüyü açıqlanıb.
AzVision.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
Daha bir HƏMAS komandiri öldürülüb - FOTO/VİDEO

Xatırladaq ki, iyulun 13-də Xan-Yunis şəhərindəki qaçqın düşərgəsinə aviazərbə nəticəsində HƏMAS terror təşkilatının briqada komandiri Rəfai Səlamə, habelə 71 mülki fələstinli həyatını itirmişdi. Təşkilatın "İzzəddin Əl-Qəssam" adlı hərbi qanadının rəhbəri Məhəmməd Zeyfin də həmin hücumda xəsarət aldığı bildirilmişdi.

Zeyf ötən ilin 7 oktyabrında İsrailə hücumun təşkilatçılarından biri sayılır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   HƏMAS   komandir   hücum  





Xəbər lenti