Kiyev ərazi itkilərini istisna etmir?...

   Kiyev    ərazi itkilərini    istisna etmir?...
  01 Avqust 2024    Oxunub:587
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə müharibənin başa çatması üçün ərazilərdən imtina edilməsini “çox çətin məsələ” adlandırıb.
AzVision.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski “Le Monde” nəşrinə müsahibəsində müharibənin necə başa çatması ilə bağlı referendumun keçirilməsini istisna etməyib. Çünki ölkənin ərazi bütövlüyü məsələsini prezident təkbaşına, Ukrayna xalqı olmadan həll edə bilməz. Bunun ən yaxşı variant olmadığını deyən Zelenski, eyni zamanda, itirilmiş ərazilərin yalnız hərbi yolla geri qaytarmasının yeganə variant saymayıb.

“Bu, ən yaxşı variant deyil, çünki bizim işimiz Rusiya prezidenti Vladimir Putinlədir və o, ərazilərimizin bir hissəsini alsa, bu, onun qələbəsi olacaq. Bu, elə indi (Rusiya ilə danışıqlar zamanı) 1991-ci ildəki sərhədlərimizi qaytaracağımıza dəlalət etmir. Lakin mən hesab edirəm ki, Ukrayna üçün ədalətli sülh bizim ərazi bütövlüyümüzün bərpasından keçir. Bununla belə, bu o demək deyil ki, biz bunu yalnız silahın köməyi ilə etməliyik”, - Ukrayna prezidenti vurğulayıb.

Volodimir Zelenski Ukraynadakı vəziyyətlə bağlı növbəti beynəlxalq “slh sammiti”ndə Rusiyanın da iştirakının əleyhinə olmadığını bidlrirb. Halbuki, əvvəlki sammit ərəfəsində o, qəti şəkildə bunun əleyhinə çıxaraq, hətta bəzi loyal mövqe sərgiləyən tərəfdaş ölkələrin ünvanına sərt mesajlar da səsləndirdi. Mövqeyində indiki yumşalmanı isə Zelenski “hamının bunu istəməsi” ilə əsaslandırıb.

- Əksər ölkələr kimi mən də hesab edirəm ki, ikinci sammitdə Rusiyanın nümayəndələri iştirak etməlidir, əks halda biz konkret nəticə əldə edə bilmərik... Əgər hamı onları danışıqlar masası arxasında görmək istəyirsə, deməli, biz bunun əleyhinə ola bilmərik”, - Ukrayna prezidenti deyib.

Helsinki də Moskvaya qarşı ritorikasını yumşaldır
Amma rəsmi Kiyevi öz mövqeyində müəyən yumşalmalara məcbur edən heç də “hamının istəyi” yox, kollektiv Qərbdə Ukrayna müharibəsinə yanaşmada prioritetlərin tədricən dəyişməsidir. Çünki son aylarda Ukrayna cəbhəsində baş verənlər hətta Qərbin milyardlarla dollarlıq hərbi-maliyyə yardımının gözləntiləri doğrultmadığını sübuta yetirdi.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Zelenski   ərazilər  





Xəbər lenti