Ötən ay 649 mina zərərsizləşdirilib

Ötən ay 649 mina zərərsizləşdirilib
  01 Avqust 2024    Oxunub:466
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.
ANAMA-dan AzVision.az -a verilən məlumata görə, azad olunan ərazilərdə iyul ayı ərzində 290 tank əleyhinə mina, 359 piyada əleyhinə mina, 3079 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Həmçinin, 6905.4 hektar ərazi minalardan təmizlənib.

AzVision.az



Teqlər:





Xəbər lenti