Ticarət mərkəzində yanğın söndürülüb - YENİLƏNİB

 Ticarət mərkəzində yanğın söndürülüb -  YENİLƏNİB
  01 Avqust 2024    Oxunub:647
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən obyektdə baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
AzVision.az xəbər verir ki, bu barərə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir. Əlavə məlumat veriləcək.

***

“8-ci kilometr bazar”ının yaxınlığında ticarət mərkəzi yanır.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. “Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “8-ci kilometr bazar”ının yaxınlığında yerləşən ticarət mərkəzlərindən birində baş verən yanğın səbəbindən prospektin hər iki istiqamətində yolda sıxlıq yaranıb. Avtomobillərin rahat hərəkətini təmin etmək üçün yol polisi tərəfindən işlər görülür”, - məlumatda bildirilib.

Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) də məlumat yayıb. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, küçəsində obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətin əməkdaşlarının çevikliyi nəticəsində yanğın məhdudlaşıdırılıb, genişlənərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb: "Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər görülür"-deyə qeyd olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti