MSK: 481 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

     MSK:    481 nəfərin deputatlığa namizədliyi qeydə alınıb
  01 Avqust 2024    Oxunub:526
İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar 1489 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib. O qeyd edib ki, 459 nəfər 25 siyasi partiyadan irəli sürülüb:

“1029 nəfər fərdi müraciət edib. Bitərəf namizədlər 958 nəfərdir, 531 nəfərin partiya mənsubiyyəti var. 802 nəfər imza vərəqələrini təhvil verib. İndiyə qədər 481 nəfərin deputatlığa namizədliyi qeydə alınıb”, - o deyib.

AzVision.az


Teqlər:





Xəbər lenti