Nalbandyan: `Türkiyə 99 ildir yalan danışır`

Nalbandyan: `Türkiyə 99 ildir yalan danışır`
  10 İyul 2014    Oxunub:961
Ermənistanla münasibətlərin normallaşdırılmasının uğursuzluğunda günahkar Türkiyədir. Çünki, Rəcəb Tayyib Ərdoğan hökuməti bunun üçün “həyata keçirilməsi mümkün olmayan” ilkin şərtlər irəli sürür.

AzVision.az-ın məlumatına görə, bunu Argentinanın “Buenos Aires Herald” qəzetinə müsahibəsində Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bildirib.

“Bizim prezident ölkələr arasında münasibətləri normallaşdırmağa cəhd etdi. Biz münasibətlərin nizamlanması üçün iki protokolun imzalanması ilə bağlı razılığa gəldik. Çox təəssüflər olsun ki, 2009-cu ilin oktyabrında İsveçrənin Sürix şəhərində protokolların imzalanma mərasimindən sonra Türkiyə parlamenti sazişi təsdiqləyə bilmədi.Hazırda Türkiyə yeni ilkin şərtlər irəli sürür” – deyə, Nalbandyan bildirib.

Ermənilər üçün dünya birliyinin “soyqırımı” tanıması bu qədər önəmlidir?

- “Bu 20-ci əsrdə törədilən ilk “Soyqırım” idi. Bu “soyqırım”ın hələ o zaman dünya birliyi tərəfindən tanınmaması digər soyqırımların həyata keçirilməsi ilə nəticələndi. Ona görə də biz 20-ci əsrdə törədilən ilk “soyqırım”dan əziyyət çəkən bir xalq kimi insanlığa qarşı gələcəkdə yeni cinayətlərin təkrarlanmaması üçün məsuliyyət hiss edirik” –deyə, Ermənistan XİN rəhbəri bildirib.

Türkiyənin “soyqırım”ı tanımaması məsələsinə gəldikdə isə Nalbandyan bunun Türkiyə hökumətinin erməni ailələrinə ödəməli olduğu təzminatlarla bağlı olmadığını bildirib: “Türkiyə hökuməti öz xalqının üzünə baxıb 99 il ərzində onlara yalan danışdıqlarını deyə bilmirlər”.

Ermənilər gələn il bütün dünyada “soyqrım”ın 100 illiyini qeyd edəcək və Nalbandyan əmindir ki, “dünyanın bir çox ölkələri bu məsələdə erməni xalqı ilə həmrəy olacaq”.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti