Millimizin hücumçusu Mahir Emreli Dinamo Zagreb ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib

Millimizin hücumçusu Mahir Emreli Dinamo Zagreb ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib
  02 Avqust 2024    Oxunub:224
27 yaşlı oyunçunun klubdan ayrılışını Xorvatiya mediası Dinamo`nun böyük bəladan qurtuluşu kimi qiymətləndirib.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı "Futbol +" paylaşıb.

“Dinamo ən bahalı oyunçularının birindən qurtuldu. Klubun yeni rəhbərliyi komandanı gücləndirmək üçün çalışır, eyni zamanda klubla uzunmüddətli müqavilələri olan və güvənilməyən futbolçulardan da yaxa qurtarmaq istəyir. Həmin oyunçulardan biri və komandanın başına ən böyük bəla olan şəxs müqaviləsinə xitam verilən Mahir Emreli idi".- millimizin futbolçusu qeyd edib.

Qeyd edək ki, Mahir Dinamo Zagreb klubuna 2022-ci ilin fevralında azad agent kimi gəlib. O, mövsümdə 750 min avro maaşla dördillik müqavilə imzalayıb və bu onu klubda ən çox qazanan futbolçulardan biri edib.

AzVision.az



Teqlər:





Xəbər lenti