Paris-2024: Azərbaycanın 3x3 basketbol millisi günün ikinci matçında qalib gəlib

   Paris-2024:    Azərbaycanın 3x3 basketbol millisi günün ikinci matçında qalib gəlib
  02 Avqust 2024    Oxunub:235
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti matçına çıxıb.
AzVision.az xəbər verir ki, yığma VI turda Çin yığması ilə üz-üzə gəlib.

Görüş komandamızın 21:19 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, seçməmiz daha əvvəl İspaniyaya 16:18, Fransaya 10:15, Almaniyaya 8:12, Avstraliyaya 12:21 hesabı ilə uduzub. Basketbolçularımız ABŞ millisinə qalib gəlib - 20:17.

AzVision.az



Teqlər:





Xəbər lenti