881 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

881 nəfərin deputatlığa namizədliyi qeydə alınıb
  03 Avqust 2024    Oxunub:296
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar 1462 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.
AzVision.az "APA"ya istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

Deputatlığa namizədliyi irəli sürülənlərdən 1462-ə imza vərəqi verilib. 1191 nəfər imza vərəqələrini qaytarıb. 881 nəfərin isə deputatlığa namizədliyi təsdiqlənib.

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar deputatlığa namizədlərin qeydə alınması üçün zəruri seçki sənədlərinin dairə seçki komissiyasına təqdimi üçün ayrılan müddət avqustun 2-si saat 18:00-da başa çatıb.

AzVision.az


Teqlər: seçkilər  





Xəbər lenti