Laçında mina partlayıb: 1 nəfər yalaranıb

 Laçında mina partlayıb:    1 nəfər yalaranıb
  03 Avqust 2024    Oxunub:311
Laçın rayonunun Kalafalıq kəndi ərazisində mina hadisəsi baş verib.
Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin Mətbuat Xidmətlərindən AzVision.az -a verilən məlumata görə, Laçının Vağazin kənd sakini 1960-cı il təvəllüdlü Süleymanov Əli Zeynalabdin oğlu rayonun Kalafalıq kəndində, Sarıbaba adlı yüksəkliyin otlaq sahəsində heyvan otararkən minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.

Hadisə nəticəsində o, sol ayağından xəsarət alıb.

Faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır.

"ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!", - məlumatda qeyd edilib.

AzVision.az


Teqlər: hadisə   mina   Laçın  





Xəbər lenti