51 yaşlı kişi öldürüldü - Saxlanılan var

   51 yaşlı kişi öldürüldü -    Saxlanılan var
  04 Avqust 2024    Oxunub:1376
Avqustun 4-də saat 01:00 radələrində paytaxtın Nəriman rayonu ərazisində evlərin birində 1973-cü təvəllüdlü Qasımov Ülvi Qeys oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə “ AzVision.az -a DİN-in mətbuat xidmətindən bildirilib.

Belə ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1989-cü il təvəllüdlü Muxtarov Hikmət Oktay oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti