“Sabah” “Şamaxı”ya, “Zirə” “Səbail”ə qarşı

“Sabah” “Şamaxı”ya, “Zirə” “Səbail”ə qarşı
  04 Avqust 2024    Oxunub:352
Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk turuna yekun vurulacaq.
AzVision.az xəbər verir ki, son gündə iki oyun baş tutacaq.

Əvvəlcə “Sabah” doğma meydanda “Şamaxı”nı sınağa çəkəcək. Turun sonuncu oyununda isə “Zirə” “Səbail”i qəbul edəcək.

Xatırladaq ki, daha öncə “Qarabağ” səfərdə “Araz-Naxçıvan”a (4:1), “Sumqayıt” evdə “Kəpəz”ə (2:0) qalib gəlib, “Neftçi”nin “Turan Tovuz”la ev oyunu qolsuz yekunlaşıb.

Azərbaycan Premyer Liqası
1-ci tur
4 avqust

“Sabah” – “Şamaxı”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev.

“Masazır Arena”, 17:30.

“Zirə” – “Səbail”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev.
Zirə İdman Kompleksinin stadionu, 20:00.

AzVision.az


Teqlər:





Xəbər lenti